Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan “Facebook” səhifəsində bildirdi ki, Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun tam tanınması hüç bir güzəşt mövzusu deyildir.
“Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun tam tanınması qeyd-şərt və güzəşt mövzusu deyil, bu məsələnin müstəsna sahibi Artsax erməniləridir. Artsax xalqı və hakimiyyətləri heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcəklər”,- deyə Arstax Respublikasının Prezdienti yazdı.
O bildirdi ki,Azərbaycan öz cəmiyyətini ermənilər qarşı nifrət yaydığı halda, birgə yaşayış haqqında söz olamaz.
“Artsax Respublikasının ərazi bütövlüyü ən azı 1991-ci ildə Artsax Respublikasının elan etdiği ərazilərdə bərpa edilməlidir. Ona görə də işğal olunmuş ərazilərimiz işğaldan azad edilməli, soydaşlarımız öz evlərinə qayıda bilməlidir. Artsaxın təhlükəsizliyinə gəldikdə, biz Müdafiə Ordusunun imkanlarını gücləndirmək üçün səylərimizi davam etdirəcəyik və Rusiya sülhməramlı qüvvələri münaqişənin tam və ədalətli həllinə və əlavə beynəlxalq təhlükəsizlik təminatlarının verilməsinə qədər Artsaxda daimi və qeyri-müəyyən müddətə qalmalıdır”,- deyə Arayik Harutyunyan bildirdi.