Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilin sonunda MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşündə regional məsələlərin müzakirəsini istisna etməyib.
“Format müayyən bir gündəliyi nəzərdə tutmur, sərbəst müzakirə ilə keçirilir. Ənənəyə uyğun olaraq, MDB ölkələrinin rəhbərləri təşkilatın builki işinin nəticələrini yekuşdıracaqlar, əsas vəzifələri qeyd edəcəklər”,- Zaxarova qeyd etdi.
Sammitdə Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev də iştirak edəcək.