Qeyd etmək istəyirəm ki, biz sülh sazişi ilə bağlı danışıqların başlanmasında maraqlıyıq. Bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bildirdi.
“Əlbəttə, biz bu mövzuda danışıqlara başlamaqda və sülh müqaviləsinin özünün imzalanmasında maraqlıyıq. Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların gündəliyini təklif etdilər ki, onun da bəndlərindən biri hərtərəfli sülh nizamlanması məsələsi idi. Bəli, biz bunda maraqlıyıq”, – Paşinyan bildirib.
O qeyd etdi ki, erməni tərəfi müxakirələrdən imtina etməyib.
“Əgər biz həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olacaq sülh modeli formalaşdıra bilsək, o zaman bəlkə də danışıqlar masası daha az münaqişə meydanı olacaq”,- Paşinyan bildirdi.
O, qeyd etdi ki, Soçi və Brüsseldə belə ilkin şərtlər olub, lakin Soçidən sonra söhbəti ciddi şəkildə şübhə altına alan hadisələr baş verib.