“Rusiya ilə NATO, Rusiya ilə Ukrayna arasında əlaqələr gərgindir. Amma Rusiya ilə hərtərəfli münasibətlərimiz var deyə, Ukrayna ilə yaxın əlaqələrimizi də heçə saymamalıyıq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Əlaqələr Şurası Assosiasiyasının təşkil etdiyi Beynəlxalq Təhlükəsizlik Akademiyasında yekun çıxışında deyib.
O bildirib ki, belə çətin anlarda zamanın ruhu və milli təhlükəsizlik nə tələb edirsə, onu edəcəklər:
“Bu, çətin işdir, lakin diplomatiya bunun üçündür”,-nazir qeyd edib.