ER Ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan dünən Seyid Mehdi Fərşadanın başçılığı ilə İran İslam Respublikasının Məclisinin İran-Ermənistan dostluq qrupunun üzvlərini qəbul edib.
Nazir qonaqları alqışlayaraq, iki ölkələrin dostluq münasibətlərini və çoxşaxəli əməkdaşlığını yüksək qiymətləndirib.
Seyid Mehdi Fərşad öz növbəsində Ermənistanla əsrlər boyu dosluğun və əməkdaşlığın vacibliyini vurğulayıb.
Nazir Sanosyan qeyd edib ki, kommunikasiyaların açılması ilə regionda inkişaf üçün yeni imkanlar açıla bilər.
Nazir Syunikdə alternativ yoldan danışıb. O, yaxın vaxtlarda Tatev-Ltsen avtomobil yolunun hazır olacağını bildirib.
İran tərəfi İran yük maşınlarından sabit məbləğin tutulması məsələsini qaldırıb. Nazir bildirib ki, hazırda qanunvericilikdə dəyişikliklərə başlanılır ki, bu da yol rüsumunun kilometr rüsumu ilə dəyişdirilməsini nəzərdə tutur ki, bu da qaldırılan problemi həll edəcək.
Nazir İranla enerji və nəqliyyat sahələrində əməkdaşlığı, yolların bağlanması halında Yerasx-Naxicevan-İran dəmir yolunun istismarını vacib sayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.