İranın “Khabaronline” portalı yazır ki, Azərbaycanın Tehrandakı səfirliyinin Telegram kanalı, eləcə də Azərbaycanın dövlətə məxsus “Azərtac” xəbər agentliyi Fars körfəzi əvəzinə “Körfəz” ifadəsindən istifadə edib. Bu barədə “Infoteka24” məlumat yayıb.
Fars körfəzinin adı uzun müddətdir mübahisə mövzusudur. Körfəz ərəb monarxiyaları, demək olar ki, bütün mənbələrdə “Fars körfəzi” kimi tanınmasına baxmayaraq, “Ərəb körfəzi” adının istifadəsini tələb edir.
Media orqanı hesab edir ki, Azərbaycan təbliğat maşınının necə işlədiyi və idarə olunması ilə bağlı son vaxtlar üzə çıxan təfərrüatlar fonunda Azərbaycan səfirinin saytının belə “sürüşməsi” təsadüfi deyil. “Bu, İranın üzünə növbəti şillədir ki, Bakının regional coğrafiyada gələcək dəyişikliklərdən imtina etmək niyyətində olmadığını sübut edir”, - deyə mənbə yazır.