Dekabrın 23-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Parlamentinin növbəti iclasında iştirak etdi. Arayik Harutyunyan qeyd etdi ki, Müdafiə Ordusunun və Rusiya sülhməramlı qüvvələri tərəfindən qorunan nisbi sabitlik bir sıra həyati vacib məsələləri həll etməyə imkan verib.
Çıxış zamanı Artsax Respublikasının Prezidenti qeyd etdi ki, Artsaxın ən mühüm məsələsi demoqrafiya məsələsidir və yaxın illərdə bütün proqramların məqsədi demoqrafik vəziyyəti yaxşılaşdırmaq olacaq. Bu məqsədlə bir çox proqramlar həyata keçirilir.
Respublika Prezidenti gələcəkdə həyata keçiriləcək mənzil proqramlarına da toxundu.
Xarici siyasətə toxunan Prezident vurğuladı ki, Artsaxın beynəlxalq səviyyəsində tanınması xarici siyasət prioritet olaraq qalır.
“Hesab edirəm ki, Rusiya sülhməramlı qoşunlarının Artsaxda olmasına zəmanət verilməlidir, onlar burada müddətsiz qallmalıdır. Bu məsələdə Artsax xalqının ehtiyacları və fikirləri əsas amillər olmalıdır”,- deyə Artsaxın Prezidenti qeyd etdi.
Arayik Hrutyunyan vurğuladı ki, mövcud çağırışlar və vəziyyətin xüsusiyyətləri nəzərə alınmaqla müvafiq təhlükəsizliyin təmin edilməsində digər mühüm istiqamət Müdafiə Ordusu, Polis və Milli Təhlükəsizlik Xidmətinin imkanlarının ardıcıl inkişafıdır.