Dekabrın 23-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan bir qrup Hadrutlularla görüşüb.
2020-ci ildə Artsaxa qarşı hərbi təcavüz nəticəsində evlərindən didərgin düşmüş şəxslərin məsələləri, Ermənistanın və Artsaxın müxtəlif yaşayış məntəqələrində müvəqqəti sığınacaq almış əhalinin problemləri, Artsax Respublikası ərazisində onlar üçün yeni qəsəbələrin salınması prosesi, eləcə də digər əlaqədar məsələlər müzakirə edilmişdir.
“Məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması demək deyildir ki, Artsax Respublikasının hakimiyyəti ərazi bütövlüyünün bərpası tələbindən imtina edir. Bu, Artsax Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır”,- deyə Arayik Harutyunyan qeyd etdi.