"ATƏT Azərbaycanla Ermənistan arasında, habelə bütövlükdə regionda dayanıqlı sülhün bərqərar olmasına dəstəyini bundan sonra da davam etdirməyə hazırdır".
Bunu bu il ATƏT-ə sədrlik edən İsveç Xarici İşlər Nazirliyindən bildiriblər.
"Cənubi Qafqazda fəaliyyətlə bağlı xeyli təcrübəsi olan ATƏT-in həm də postmünaqişə dövründə yardımla bağlı bir sıra mexanizmlər təklif edərək Azərbaycanda və Ermənistanda təhlükəsizliyin hər üç istiqamətində çalışmağa davam edəcəyi qeyd olunub.
Həmçinin ATƏT-in fəaliyyətdəki sədri Ann Lindenin Nazirlər Şurasının son iclasında dediyi kimi, təşkilat həm də regionlar səviyyədə fəaliyyətini artıra bilər. O cümlədən iqtisadiyyat və ekologiya sahələrində göstərilən səylər də Cənubi Qafqazda dayanıqlı sülhə və rifaha mühüm töhfə ola bilər”, – XİN-dən bildirilib.