Ermənistan və Rusiya 2022-ci ildə qazın qiymətini saxlamaq barədə razılığa gəliblər, amma 2 məsələ var və bunlarla bağlı son razılaşmalar əldə olunmalıdır. Bunu Lurer-ə ER Baş nazirinin müavini Mher Qriqoryan deyib.
Qriqoryanın sözlərinə görə, birinci məsələ “Qazprom”-a məxsus 5-ci enerji blokun istismar rejiminin məsələsidir. İkincisi isə, qazın kalorifik dəyərini hesablamaya daxil etmək məsələsidir.