Dekabrın 22-də ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan İran İslam Şurası Məclisinin İran-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət daimi komissiyasının üzvü Mahmud Əhmədi Biğəş çıxışında İran üçün Cənubi Qafqazın rolunu vurğulayıb. O, xüsusilə qeyd edib ki, regional sabitlik və təhlükəsizliyin, sərhədlərin toxunulmazlığı İran üçün qırmızı xətlərdir və Tehran regionda heç bir ərazi dəyişikliyə dözməyəcək.
Armen Grigoryan bu kontekstdə Ermənistanın qırmızı xətlərini qeyd edərək, Ermənistanın irəli sürdüyü və İranın xarici siyasətinin prioritetləri ilə üst-üstə düşən “sülh erası”nın başlanmasının vacibliyini vurğulayıb.
Təhlükəsizlik Şurasının baş katibi Yerevan-Naxçıvan-Culfa dəmir yolunun istifadəyə verilməsini də vurğulayaraq, bunun region ölkələrinin iqtisadi inkişafına gətirib çıxaracağını vurğulayıb.
Görüşün sonunda həmsöhbətlər müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.