Dekabrın 22-də ER müdafiə naziri Suren Papikyan Ermənistan Respublikasına işgüzar səfərə gəlmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zası qəbul edib.
Görüş zamanı KTMT-nin baş katibi Suren Papikyanı müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Tərəflər ER-nin KTMT-yə sədrliyi dövründə təşkilatın fəaliyyətinin prioritetlərini müzakirə ediblər.
Suren Papikyan vurğulayıb ki, erməni tərəfinin prioritetlərindən biri KTMT-nin fəaliyyətinin səmərəliliyinin artırılması və təkmilləşdirilməsi, həmçinin KTMT-nin hərbi komponentinin gələcək inkişafı məsələləri olacaq.