Artıq bir ildən çoxdur ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda sabitliyin qorunmasına yardım edir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında bildirib.
“Sülhməramlıların səyi nəticəsində humanitar vəziyyət böyük ölçüdə yaxşılaşıb, bir sıra rayonların ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa olunub, tarix və mədəniyyət abidələri qorunub saxlanılıb”,- deyə Vladimir Putin vurğuladı.
Vladimir Putin sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və əzmkarlığına görə təşəkkür etdi.