Ermənistan Respubliaksının baş naziri Nikol Paşinyan Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Görüşdə ER baş nazirinin müavini Mher Qriqoryan, Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin iştirak edib.
Görüş zamanı Baş nazir Nikol Paşinyan Ermənistan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci iclasını alqışlayıb.
Rusiya Baş nazirinin müavini qeyd etdi ki, bu il ikitərəfli əlaqələr kifayət qədər intensiv oldu. Nikol Paşinyan və Aleksey Overçuk Ermənistan-Rusiya əməkdaşlığı və iqtisadi əlaqələrin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər Cənubi Qafqazda omunikassiyaların açılmaı imkanları və Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.