Gürcüstanda ötən sutka ərzində koronavirusa 2 739 yeni yoluxma halı təsdiqlənib, 3 072 nəfər müalicə olunaraq sağalıb, 52 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Pandemiya başlayandan bu günə qədər qonşu ölkədə 916 477 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onların 869 411-i sağalıb, 13 221-i isə dünyasını dəyişib.