Dekabrın 22-də ER xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Telefon danışığı zamanı noyabrın 26-da Soçidə keçirilən üçtərəfli bəyanatda əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Vəziyyətin de-eskalasiyası, Ermənistan-Azərbaycan sərhədində sabitlik və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi istiqamətində addımların atılması, sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasını vacib sayılıb.