Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Ermənistan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edib. O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa, o cümlədən regional proseslərə toxunub.
“Gürcüstanla əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi ölkəmizin xarici siyasətinin vacib prioritetləri sırasındadır. Sənaye, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları, rabitə, nəqliyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək imkanları var.
Ticarət və iqtisadi əlaqələrin inkişafı üçün nəqliyyat infrastrukturu və logistika əsas əhəmiyyət kəsb edir”,- deyə o qeyd etdi. Ermənistanın Baş naziri vurğuladı ki, Ermənistan və Gürcüstan arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq bizim üçün prioritetdir.
“Biz bir sıra beynəlxalq nəqliyyat strukturları çərçivəsində əməkdaşlıq edirik, Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu, nəqliyyat sahəsində digər təşəbbüsləri çərçivəsində əməkdaşlıq edirik”,- o qeyd etdi.
Nikol Paşinyan onu da qeyd etdi ki, Ermənistan və Gürcüstan enerji sahəsində əməkdaşlıqda böyük təcrübəyə malikdir.