Ermənistanda son sutkada daha 137 nəfərdə COVID-19 aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 845-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 7 914-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 494 nəfərdir. İndiyədək 329 328 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 5 309 aktiv koronavirus xəstəsi var.