Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan və Türkiyə dialoqu çərçivəsində yaxın vaxtlarda xüsusi nümayəndələrin görüşə biləcəyini bildirdiyi bəyanatını şərh edib.
Mövlud Çavuşoğlu bildirmişdi ki, “regionda Ermənistanla son zamanlar etimadı artıran əlaqələrimiz davam edir. Birbaşa əlaqələrimiz üçün qarşılıqlı xüsusi nümayəndələrimizi təyin etdik və ən qısa zamanda xüsusi nümayəndələrimiz bir araya gələcək”. O həmçinin qeyd etmişdi ki, yaxın gələcəkdə Ermənistana birbaşa təyyarə reysləri fəaliyyətə başlayacaq.
“Ermənistan-Türkiyə dialoq prosesi çərçivəsində xüsusi nümayəndələrin görüşünün tarixləri barədə razılıq əldə olunarsa, ictimaiyyət lazımi şəkildə məlumatlandırılacaq”,- 1lurer.am-ə Vahan Hunanyan deyib.