“İranın xarici işlər naziri Əmirhüseyn Abdullahian həftənin sonunda Azərbaycana səfər edəcək”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətbizadə dekabrın 20-də keçirdiyi həftəlik brifinqdə bildirb.
O deyib ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçiriləcək.
Qeyd edək ki, dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.