ER Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb.
Tərəflər ikitərəfli ticarət-iqtisadi əlaqələrin gələcək inkişafına və möhkəmləndirilməsinə yönəlmiş İqtisadi Əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsini vacib sayıb.
Nikol Paşinyan və İrakli Qaribaşvili iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğuna və bunun ən yaxşı şəkildə həyata keçirilməsi üçün səy göstərilməli olduğuna əminliyini bildiriblər.
Hər iki ölkə rəhbərləri Cənubi Qafqazda baş verən proseslər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.