Dekabrın 18-də "Yeni çağ" saytının əməkdaşı Səxavət Məmməd Azərbaycan ordusu haqqında nəşrləri ilə əlaqədar Baş Prokurorluğa dəvət olunub. Bu barədə Turan-a Məmməd özü məlumat verib.
Ona İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə 500 manat (300 dollar) cərimə təyin edilib.
Müəllif nəşrlərinin ordunun döyüş qabiliyyətini aşağı saldığı barədə iddiaları əsassız hesab edir.
Jurnalist, ordudakı vəziyyəti tənqid etdiyini və "Rusiyapərəsət" hərbiçilərin SQ-də qaldığı üçün Nəcməddin Sadıqovun Baş Qərargah rəisi vəzifəsindən getməsi ilə vəziyyətin düzəlmədiyini qeyd etdiyini bildirib. Ordunun türk modelinə keçməsi sözdə həll olunmur, buna görə real islahatlara ehtiyac var.