2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” təsdiq edilib.
Azərbaycan KİV-ə əsasən, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev fərman imzalayıb.
Sənəddə qeyd olunub ki, bu fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.