“Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə görüşündə əldə olunan razılığa əsasən, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klar Bakıdan 10 erməni hərbçisini Yerevan gətirib. Bu barədə Avropa İttifaqının Ermənistandakı ofisinin “Facebook” səhifəsində qeyd olunub.
“Bu mühüm humanitar əməliyyat Aİ-nin qarşılıqlı etimadı təşviq etmək üçün hər iki ölkə ilə işləmək səylərinin davamıdır”,- deyə qeyd olunub.