Dekabrın 16-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistanın Moskvadakı səfiri Vardan Toğanyanla görüşüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər ümumavropa və Avrasiya təhlükəsizliyi, habelə Rusiyanın ABŞ və NATO ilə münasibətləri ilə bağlı məsələləri ətraflı müzakirə ediblər.