Gürcüstanda son sutkada koronavirusa 2 979 yeni yoluxma halı təsdiqlənib, 53 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 904 181-ə, ölənlərin sayı isə 12 966-ya yüksəlib.
Ötən 24 saat ərzində 3 470, ümumilikdə isə 852 560 nəfər müalicə olunaraq sağalıb.