Hazırda heç bir dövlətin Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu alması üçün müraciət yoxdur. Bunu “Lurer”-ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan Azərbaycana AİB müşahidəçi statusunun verilməsi ilə bağlı müzakirələrə toxunurkən deyib.
O vurğulayıb ki, hər hansı bir dövlətə müşahidəçi statusunun verilməsi məsələsi konsensus qərarı tələb edir, ondan əvvəl bu addımın iqtisadi məqsədəuyğunluğunu müəyyən etmək üçün AİB çərçivəsində məsləhətləşmələr aparılır.