ABŞ Dövlət Departamentinin terrorizmə qarşı mübarizəyə dair illik milli hesabatlarında artıq ikinci dəfədir ki, Azərbaycan hakimiyyətinin siyasi opponentləri və dini fəalları terrorçular kimi təqdim etmək və yaxud onların hərəkətlərini "terrorizm" və ya "ekstremizm" kimi tövsif etmək cəhdlərindən danışılır. Bu barədə Turan yazır.
Cümə axşamı dərc olunan 2020-ci il üçün terrorizmə qarşı mübarizə haqqında hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda "terror aktları barədə məlumat verilməyib".
Hüquq-mühafizə və təhlükəsizlik orqanları terror hücumlarının qarşısının alınması və aradan qaldırılması üzrə əməliyyatlar aparıb, terrorizmdə şübhəli bilinən şəxsləri həbs və təqib edib, habelə Azərbaycandan kənarda terror qruplarına bağlılıqda və ya onların maliyyələşdirilməsində şübhəli bilinən azərbaycanıları xaricdən gələrkən təqib ediblər.
Bununla yanaşı, hüquq-mühafizə orqanları bu və ya digər hərəkətləri özbaşına "terrorizm" və ya "ekstremizm" kimi tövsif edirlər ki, bu da siyasi opponentləri və dini fəalları məhkəmə təqibi, həbs və amansız rəftarın obyektləri edir".
"Belə adamlar Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsi tərəfindən fiziki zorakılığa xüsusilə həssasdırlar", - müəlliflər qeyd edirlər və insan hüquqlarına əməl olunması və dini azadlıq haqda Dövlət Departamentinin hesabatlarına stinad edirlər ki, bu sənədlərdə Azərbaycanda bu cür sui-istifadə faktları xatırladılır.