Cənubi Qafqazda hazırda nəqliyyat sahəsində unikal imkanlar yaradılıb. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirdi.
O, regionda dəmir yolu və avtomobil yollarının inkişafı, Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat yollarının imkanlarına toxunub.
Overçuk Azərbaycana Avrasiya İqtisadi Birliyinin müşahidəçi statusunun verilməsinin mümkünlüyünə də münasibət bildirib.