Dekabrın 15-də ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü.
Görüşdə tərəflər regional iqtisadi əmədaşlıq, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə dair geniş spektrli məsələləri müzakirə ediblər.
Tərəflər Ermənistan-Amerika ikitərəfli əlaqələrində xüsusi rol oynayan ER-dakı demokratik islahatlara da toxunublar. Bu kontekstdə Qriqoryan “Demokratiya naminə” zirvəsinə Ermənistanı dəvət etmələrinə görə təşəkkür edib və bunun faktiki uğur olduğunu bildirib.
Görüşün sonunda Armen Qriqoryan Ceyk Salivanı Ermənistana dəvət etdi.