Dekabrın 15-də Baş nazir Nikol Paşinyan Brüsseldə Şərq Tərəfdaşlığının VI Sammitində iştirak edib. Tədbirdə Ermənistan, Ukrayna, Moldova və Azərbaycanın liderləri, eləcə də Avropa İttifaqına üzv dövlətlərin rəhbərləri iştirak ediblər.
ER Baş naziri Nikol Paşinyan Sammitdə çıxış edərkən “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıqdan, ölkəmizdə həyata keçirilən institusional islahatlardan, demokratiyanın gücləndirilməsi istiqamətində atılan addımlardan, kiçik və orta biznesin inkişafı, infrastrukturun inkişafı proqramlarından və Cənubi Qafqaz regionunda baş verən inkişaflardan danışıb.