Brüsseldə Azərbaycan Prezidenti ilə görüşdə Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərarımızı bir daha təsdiqlədik. Bu barədə Nikol Paşinyan bildirdi.
“Bu razılıq üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə regional kommunikasiyaların açılması üzrə Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli işçi qrupunun müzakirələri nəticəsində əldə olunub. Ermənistan bu dəmir yolu vasitəsilə İran və Rusiyaya çıxış əldə edəcək”,- o qeyd etdi.