Avropa İttifaqı Rusiyaya qarşı tam sanksiyalar paketi hazırlayır. Bu məsələ Aİ sammitində müzakirə olunacaq. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bildirib.
O, sanksiyaların mahiyyəti barədə ətraflı məlumat verə bilməyəcəyini deyib.
Dekabrın 16-da Brüsseldə Aİ sammiti başlayır. Gündəlikdəki digər məsələlər arasında Rusiya-Ukrayna sərhədindəki gərginlik, Belarusdakı vəziyyət, miqrasiya böhranı, koronavirus epidemiyası, peyvəndləmə prosesi, enerji qiymətlərinin artması və inflyasiya var.