"Azərbaycan hakimiyyəti siyasi müxalifətə qarşı repressiyalarını davam etdirir, ifadə və dinc toplaşma azadlığı hüquqlarını pozaraq dinc etirazlara sərt münasibət göstərir". Bu barədə Amensty İnternational təşkilatının bəyanatında deyilir.
"Azərbaycan polisi tərəfindən dinc etirazçılara qarşı zorakılıqla həbslərə, işgəncələrə və digər pis rəftarlara son qoyulmalıdır".
Təşkilat qeyd edir ki, hakimiyyət ifadə azadlığı və dinc toplaşmaq hüququndan istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməli, polisin küçədə lüzumsuz və ya həddindən artıq güc tətbiq etməsinə dair bütün halları, işgəncə və digər pis rəftar iddialarını səmərəli şəkildə araşdırmalı, saxlanılan şəxslər və şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilməlidir.
Amnesty International Azərbaycan hakimiyyətinin azadlıq hüququnun həyata keçirilməsini qadağan etməkdə davam etməsindən narahat olduğunu deyir.