Fransa tərəfinin təşşəbbüsü ilə Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı ölkə liderləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.
“Vladimir Putin Rusiya,Ermənistan və Azərbaycan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib”,-deyə qeyd olunub.
Rusiya Prezidenti, həmçinin fransalı həmkarına atəşkəs rejiminə riayət edilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi barədə danışıb.
Prezidentlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin işlərinin intensivləşdirilməsinin məqsədəuyğunluğunu dəstəklədiklərini bildiriblər.