Brüsseldə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə birgə görüşü keçirilib. Görüş zamanı 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr tarixli üçtərəfli bəyanatları müzakirə olunub.
ER Baş naziri Nikol Paşinyan qeyd olunan bəyanatların tam yerinə yetirilməsinin zəruriliyini vurğulayıb, xüsusilə humanitar məsələlərin təcili həllinin, hərbi əsirlərin, girovların və saxlanılan digər mülki şəxslərin geri qaytarılmasının təmin edilməsinin vacibliyini vurğulayıb. Regional kommunikasiyaların açılmasına yönəlmiş işlərə də toxunulub.
Ermənistan Respublikasının baş naziri və Azərbaycan prezidenti dəmir yolunun yenidən açılmasına dair razılaşmanı bir daha təsdiqləyiblər.Görüş zamanı bölgədə gərginliyin azaldılması üçün konkret addımlar atılmasına əhəmiyyət verilib.