NATO Ermənistan-Azərbaycan münaqişəsi məsələsində bitərəfdir. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində səylərin davam etdirilməsi vacibdir. NATO onlar arasında dialoqun qurulması səylərini dəstəkləyir. Dialoq davam edir, düzgün istiqamətdə gedir”,- deyə o qeyd etdi.
Stoltenberq vurğuladı ki, Ermənistan və Azərbaycan ətrafında yaranmış vəziyyətdə NATO heç bir tərəfi dəstəkləmir. Onun sözlərinə görə, hər iki ölkə “alyansın dəyərli tərəfdaşıdır”.