Baş nazir Nikol Paşinyan Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Sloveniyanın baş naziri Yanez Janşa ilə görüşüb.
Nikol Paşinyan qeyd edib ki, hökumət həm Avropa İttifaqı, həm də Sloveniya ilə müxtəlif sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsində və möhkəmləndirilməsində maraqlıdır.
Yanez Yanşa Ermənistan-Avropa İttifaqı münasibətlərinin dərinləşdirilməsinin vacibliyini vurğulayaraq əlavə edib ki, Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirilən proqramlar əlaqələrin möhkəmlənməsinə yeni təkan verə bilər.