Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qeyd etdi ki, Ermənistan və Azərbaycan arasında infrastrukturların bərpa olunması bütün ölkələrin suverenliyinə hörmətlə olmalıdır.
Şarl Mişel Ermənistan və Azərbaycan sərhədində son silahlı hücumlardan sonra azadılması istiqamətində iki ölkənin liderlərinin addımlarını yüksəsk qiymətləndirdi.
“Tərəflər qəbul ediblər ki, Şarl Mişelin dəstəyi ilə iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqə qurulub. Bu mexanizm gələcəkdə baş verə biləcək insidentlərin qarşısını almağa və gərginliyin azaldılmasına müsbət təsir göstərə bilər”,- Şarl Mişel vurğuladı.
Avropa İttifaqı Şurasının Prezidenti qeyd etdi ki, əsas humanitar məsələlərin həll edilməsi də çox vacibdir.