Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin etmək barədə razılığa gəliblər. Bunu bazar ertəsi Türkiyə parlamentində çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində nümayəndələr təyin edəcəyik. Eyni zamanda İstanbul və Yerevan arasında çarter reysləri başlayacaq", - nazir bildirib