ER Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Brüsselə gedib.
Nikol Paşinyan Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı”nın altıncı sammitində iştirak edəcək. Tədbir çərçivəsində ER Baş nazirinin avropalı tərəfdaşlarla ikitərəfli görüşləri nəzərdə tutulub.
Baş nazir həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək danışacaq.
Brüsseldə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin üçtərəfli görüşü planlaşdırılır.