Ermənistan həmişə olduğu kimi, ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşması prosesinə hazırdır. Bu, hökumətin proqramında da öz əksini tapıb. Bu barədə ER Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Vahan Hunanyanın sözlərinə görə, bununla bağlı Yerevan Türkiyənin xarici işlər nazirinin münasibətlərin normallaşması üçün xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir, Ermənistan tərəfi də bu dialoq üçün xüsusi nümayəndə təyin edəcək.