Dekabrın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçiriləcək.
TASS xəbər verir ki, bu barədə yüksək vəzifəli avropalı diplomat məlumat verib.
Görüş 15 dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti ərəfəsində baş tutacaq.
“Avropa İttifaqı Şurasının Prezidenti sabah Ermənistan Baş naziri və Azərbaycan Prizedenti ikitərəfli görüş keçirəcək. Həmin axşam isə onlarla üçtərəfli görüş baş tutacaq”, - deyə diplomat söyləyib.