26 italiyalı parlamentari Draqi hökumətini Azərbaycanda saxlanılan hərbi əsirləri və mülki erməni vətəndaşları azad etmək üçün Azərbaycana təzyiq göstərməyə çağırıblar.
Onlar qeyd etdi ki, noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasından bir il sonra Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisinə daxil olması və atəşkəs rejiminə əməl edilməməsi səbəbindən Ermənistan-Azərbaycan sərhədində Dağlıq Qarabağda vəziyyət gərgin olaraq qalır.
“Bu gün də Azərbaycan həbsxanalarında çoxlu sayda erməni hərbi əsir qanunsuz olaraq saxlanılır. Bir çox mənbələrdən məlum olur ki, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni tarixi-mədəni irsi təhlükə altındadır”,-deyə parlamentarilər vurğuladılar.