Bugünkü mətbuat konfransında Artsaxın dövlət naziri Artak Beglaryan Artsaxda mənzil tikintisinə toxunub. Onun sözlərinə görə, ilin sonuna kimi Artsaxda 317 mənzil istifadəyə veriləcək.
Onun sözlərinə görə, köçkünlərə və həlak olanların ailələrinə mənzillərin veriləcəyi proqrama start verilib.
“Biz 3 il ərzində əsasən köçkünlərin ailələri və zərərçəkmişlər üçün 5 mindən çox mənzil tikməyi planlaşdırırıq. Hazırda Stepanakertdə 1211 mənzilin, rayonlarda isə 1438 mənzilin tikintisi davam etdirilir.
Bundan əlavə, köçkün ailələri üçün yeni qəsəbələr layihələndirilir. İlin sonuna kimi biz 317 mənzili istifadəyə verəcəyik, onlardan 294-ü Stepanakertdədir", - deyə Beglaryan bildirib.