Bugünkü mətbuat konfransı zamanı Artsaxın dövlət naziri Artak Beglaryan Artsaxda təhlükəsizlik təminatları və Dağlıq Qarabağ münaqişəsinin yekun həllinə qədər beynəlxalq səylərin vacibliyindən danışıb.
“Uzunmüddətli təhlükəsizlik baxımından biz təsəvvür edirik ki, münaqişə sülh yolu ilə bizim hüquqlarımızın, o cümlədən xalqımızın öz müqəddəratını təyinetmə hüququnun qeyd-şərtsiz tanınması, müstəqilliyimizin beynəlxalq səviyyədə tanınması və işğal olunmuş ərazilərin geri qaytarılması əsasında həll edilməlidir”.
“Lakin Azərbaycanın destruktiv davranışını nəzərə alsaq, münaqişənin tezliklə həllinin mümkün olmadığı aydındır. Ona görə də münaqişənin yekun həllinə qədər biz meyl edirik ki, beynəlxalq təhlükəsizlik təminatları, o cümlədən sülhməramlıların iştirakı təmin edilməlidir”, - deyə Artak Beglaryan qeyd edib.
Beglaryanın sözlərinə görə, onların öz təhlükəsizlik təminatlarının səviyyəsini yüksəltmək üçün paralel səylər göstərilir.