Gürcüstanda ötən sutka ərzində koronavirusa 3 454 yeni yoluxma halı təsdiqlənib, 3 334 nəfər müalicə olunaraq sağalıb, 49 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyə qədər COVID-19-a 882 822 nəfər yoluxub. Onların 825 442-si sağalıb, 12 631-i isə ölüb.