Bu gün Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə 16 noyabr hərbi əməliyyatları zamanı əsir düşən erməni hərbçilərlə bağlı yeni dəlillər təqdim edib. Bu barədə “Lurer”ə Ermənistanın Avropa Məhkəməsindəki nümayəndəsi Yeğişe Kirakosyan məlumat verib.
Avropa Məhkəməsi dekabrın 6-dək Bakıya əsir düşən erməni hərbçilərlə bağlı məlumatların təqdim edilməsi üçün əlavə vaxt verib. Azərbaycan hələ də AİHM-in qərarını icra etməyib.
“Məhkəmə həmin sualları qarşı tərəfdən alanda tez xəbərdar edir. Xüsusilə 39-cu Qayda ilə bağlı məsələlər adətən məhkəmə tərəfindən gecikdirilmir. Hazırda Azərbaycandan xəbərimiz yoxdur. Buna baxmayaraq, biz işimizi davam etdiririk. Bu gün biz Avropa Məhkəməsinə əsirlərlə bağlı yeni dəlillər təqdim etmişik”, - deyə Kirakosyan bildirib.