ER ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan İran İslam Respublikasının Gömrük Xidmətinin rəhbəri Mehdi Mirəşrəfinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir dost İran İslam Respublikası ilə çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndirərək, iki ölkənin yük daşıma dövriyyəsi sahəsində inkişaf üçün böyük potensialın olmasını vurğulayıb.
Görüş zamanı Syunikdə alternativ yol ilə bağlı məsələlər, yükdaşımalarda sürətli xidmətin asanlaşdırılması üçün gömrük prosedurlarının sadələşdirilməsi, eləcə də rüsumlarla bağlı məsələlər müzakirə olunub.
Mehdi Mirəşrəfi qeyd edib ki, mövcud əməkdaşlığı dərinləşdirmək üçün planlı şəkildə birgə işləmək, infrastrukturu inkişaf etdirmək lazımdır.