Avropa Parlamentinin nümayəndəsi Marina Kalyurand, Andrey Kovaçev və Zleyana Zovko BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinin qərarlarını alqışlayıb. Bu barədə deputatların birgə bəyanatında qeyd olunub.
Avropa Parlamentinin deputatları bir dəfə daha də Azərbaycanı əsirlikdə olan bütün erməni əsirlərini azan etməyə çağırıblar.
“Bunlar hüquqi gücə malik olan qərarlardır və tamamilə həyata keçirilməlidir. Biz Azərbaycanı bütün digər əsirləri dərhal azad etməyə çağırırıq. Bu baxımdan 10 erməni əsirin azad edilməsini alqışlayırıq”,- deyə bəyanatda qeyd olunur.
Avropa Parlamentinin deputatlarının sözlərinə görə, regionda gərginliyi azaltmaq və təxribat xarakterli ritorikaya son qoymaq üçün Ermənistan və Azərbaycan tərəfindən dərhal təsirli addımların atılması son dərəcə vacibdir.
Qeyd olunur ki, dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında konstruktiv görüş gözləyirlər.
Onlar Avropa İttifaqının tərəflər arasında etimadın yaradılmasına və əsaslı danışıqlara, xüsusən ATƏT Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin gələcək statusunun aydınlaşdırılmasına kömək etmək öhdəliyini bir daha təsdiqləyiblər.